“Şuşa bəyannaməsi iki qardaş dövlətin və xalqın milli mənafelərinə, beynəlxalq birliyin, o cümlədən regionun maraqlarına, sabitliyə, sülhə və rifaha hesablanmış olduqca önəmli məsələlər barədə müddəaları özündə cəmləşdirmişdir”.
Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin “Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır” sərlövhəli məqaləsində əksini tapıb.
Firad Əliyev məqalədə qeyd edir ki, fərəh və qürur hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb.
“Şuşa bəyannaməsi doğmalığın, dostluğun, birliyin və qardaşlığın növbəti parlaq təzahürüdür. Şuşa Bəyannaməsi qlobal və regional sülhü, rifahı, inkişafı, eləcə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcəkdir”.