Maqdeburqda Azərbaycan tarixinin qanlı səhifələrinə həsr olunmuş tədbir keçirilib

Maqdeburqda Azərbaycan tarixinin qanlı səhifələrinə həsr olunmuş tədbir keçirilib
21:23 18 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 18 yanvar, AzərTAc 
Yanvarın 17-də Maqdeburq Bələdiyyəsinin təşkilatçılığı ilə “Demokratiya yolları” adlı tədbir keçirilib.
Tədbirdə müxtəlif ölkələrin Almaniya Federativ Respublikasında fəaliyyət göstərən təşkilatlarının, həmçinin Almaniyanın Zaxsen-Anhalt əyalətində fəaliyyət göstərən cəmiyyətlərin və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanı hər il olduğu kimi, bu dəfə də Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Cəmiyyətin sədri Yaşar Niftəliyev dörd saat davam edən tədbirdə 20 Yanvar faciəsindən 25 il keçdiyini, unudulması mümkün olmayan bu dəhşətli gətliam zamanı insanlığa qarşı törədilmiş vəhşilikləri, həmçinin Qarabağ həqiqətlərini, Xocalı faciəsini, Dağlıq Qarabağda erməni separatçılarının 1988-ci ildən Azərbaycana qarşı başlayan terror aktlarına keçmiş sovet dövləti tərəfindən dəstək verilməsini diqqətə çatdırıb.
Y.Niftəliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə yeridilməsini, bu zaman erməni əsilli əsgər və zabitlərin insanlığa qarşı törədilmiş dəhşətli cinayətə cəlb edilməsini, imperiya qoşunlarının təcavüzü nəticəsində cinsindən, yaşından asılı olmayaraq yüzlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsini, yaralanmasını, həbs edilməsinı, torpaqlarımızın 20 faizinin işğalçı Ermənistan tərəfindən zəbt edilməsini xüsusi vurğulayıb. Bildirib ki, üzləşdiyi bütün bu faciələrə baxmayaraq Azərbaycan sülhsevər ölkə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq respublikamızın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə çalışır.
Cəmiyyətin sədri Yaşar Niftəliyev Zaxsen-Anhalt əyalətinin Bas naziri Reiner Hasellhoff və daxili işlər naziri Holger Stahlknestin suallarını cavablandırıb və onlarla xatirə şəkli çəkdirib. Yaşar Niftəliyev Azərbaycanın Almaniyadakı səfirliyindən gətirilmiş kitabları Baş nazirə hədiyyə edib.
Baş nazir azərbaycanlıların belə bir tədbirdə iştirakını alqışlayıb.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR