"Taliban"ın qardaşlıq mesajına Türkiyədən cavab gəldi -

““Taliban”ın Türkiyə barədə mesajlarını müsbət qarşılayırıq”.

Metbuat.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. "Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” - deyə diplomat bildirib.

Qeyd edək ki, “Taliban” açıqlamasında Türkiyəni “qardaş ölkə” adladırıb.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR