SON DƏQİQƏ: Avropadan Türkiyəyə MÜJDƏ:

Avropa Birliyi Türkiyənin də aralarında olduğu 3 ölkənin peyvənd sertifikatını tanıyıb.

Metbuat.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumata görə, peyvənd sertifikatı qəbul edilən digər iki ölkə isə Şimali Makedoniya və Ukraynadır. Qərar 20 avqustdan etibarən qüvvədə olacaq.

Avropa Birliyinin peyvənd sertifikatı ilə bağlı qərarına görə, BioNTech-Pfizer, Moderna, AstraZeneca və Johnsond and Johnson peyvəndi üzrə 2-ci dozanı qəbul edən şəxslərə məhdudiyyətlər tətbiq edilmir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR