Cari ilin 7 ayında əhaliyə ödənilən pensiya, müavinət, təqaüdün məbləği

Bu ilin yanvar-iyul aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% çox olmaqla 3,5 mlrd. manat ödənilib.

Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir.

2021-ci ilin yanvar-iyul aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,4% və ya 148,8 mln. manat çox olmaqla 3,5 mlrd. manat vəsait ödənilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR