"Taliban" üzvü türk kanalına MÜSAHİBƏ VERDİ:

"Əfqanıstanda təhlükəsizliyi təmin etdik. Hazırda heç bir cinayət törədilmir. Taliban da Əfqanıstan üçün inklüziv sistem vasitəsilə işləyir. İnsanlar bizim haqqımızda təbliğata məruz qalıblar. İslam Əmirliyinin bütün imici dünyaya təhrif edilib".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Taliban Mədəniyyət Komissiyasından Abdulkahhar Balki Kabildə "Habertürk TV-dən" Mehmet Akif Ersoyun suallarını cavablandırarkən bildirib. Abdulkahhar Balki deyib ki, Taliban ilk dəfə ortaya çıxanda məqsədi sabitlik gətirmək idi. İnsanların sərvəti və ləyaqəti təhlükəli vəziyyətdə idi. Onun sözlərinə görə, "Taliban"Əfqanıstanda İslam hüququ ilə bağlı bir proqram üzərində işləyir.

"Hər bir hökumət yeni strategiyalar təyin edir. Keçmiş rəhbərliyimizdən də çox təcrübə qazandıq. Həm də əvvəlki rəhbərliyimizdə qadınların məşğulluğuna heç bir məhdudiyyət qoyulmamışdı. Türk qüvvələri ilə bağlı siyasətimiz aydındır. Ölkəmizin təhlükəsizliyini təmin edə biləcəyimizi düşünürük. Əfqanıstandakı bütün xarici qüvvələr bizim üçün eynidir. Türklər bizim müsəlman qardaşlarımızdır. Böyük bir tarixə və geniş bir mədəniyyətə sahibik. Din kimi ortaq cəhətlərimiz çoxdur. Türkiyə və türk xalqı ilə diplomatik, iqtisadi və digər sahələrdə əməkdaşlıq etmək istəyirik " deyib. Onun çıxışını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR