Vilayət Eyvazov ona yüksək vəzifə verdi -

Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olunub.

Metbuat.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Eldar İlyasov bu vəzifəyə gətirilib. Məlumatı saytımıza açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Polkovnik İlyasov bu təyinatadək Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi olub. Onu isə bu vəzifədə hazırda həbsdə olan “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğlu, Səbail Rayon Polis İdarəsinin keçmiş rəisi, polis polkovniki Cavid Muradov əvəzləyib.

Qeyd edək ki, Eldar İlyasov 6 ildir Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı. O, sözügedən rayona Şəkinin polis rəisi olarkən təyinat almışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR