Türkiyə və Azərbaycan Rusiyanı Qarabağdan çıxara bilməz:

Rusiya Ankara və Bakıya Qarabağda olmasının lazım olduğunu izah edə bilər.

Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib. O deyib ki, Dağlıq Qarabağda rus sülhməramlılarının olması uzunmüddətlidir.

"Bölgəyə gələn Rusiya nə Azərbaycanın, nə də Türkiyənin təzyiqi altında gedə bilməz. Ermənistanın və Azərbaycanın razılığı ilə burada olan rus hərbçilərinin geri çəkilməsi yalnız eyni prosedura uyğun olaraq mümkündür. Rəsmi Bakı, son hadisələrə görə, sülhə can atmır və Türkiyə ilə birlikdə Ermənistana təzyiq göstərməyə çalışır" Zatulin deyib.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, Mixail Zatulin ümumiyyətlə, ermənipərəst mövqeyi ilə həmişə Dumada seçilib. Politoloq deyir ki, Zatulinin yəqin yadından çıxardıb ki, Rusiya belə bir addımı atacağı təqdirdə Türkiyə kimi böyük güclə qarşı-qarşıya gələ bilər.


"Rusiya yaxşı başa düşür ki, Azərbaycanı təhdid edən belə düşüncələrə görə, Türkiyə ilə üz-üzə gələ bilər. Çünki Azərbaycan tək deyil. Sülhməramlıların Qarabağdakı fəaliyyəti ilə bağlı mövqeyi artıq hər kəs üçün məlumdur. Rusiya sülhməramlılarının bölgədən çıxarılma prosesinə gəldikdə isə təbii ki, beş ilin tamamında onlar Qarabağdan çıxacaqlar. Hesab edirəm ki, Rusiyanın son dövrlərdə atdığı addımlar yəni xarici siyasət mövqeyi baxımından nə Azərbaycanın, nə Türkiyənin maraqlarına cavab vermir. Yəni rus dırnağarası sülhməramlılarının Qarabağda atdığı addımlar birbaşa olaraq Ermənistanın maraqlarını təmin edir".

Politoloq qeyd etdi ki, Zatulinin nə fikirləşməsindən asılı olmayaraq Azərbaycan istəyərsə, Rusiyanın bölgədə çıxarılma prosesini başladan bilər.

"Eyni zamanda burada digər məsələ isə odur ki, Ermənistanın atdığı addımlar onu göstərir ki, Qarabağda stabilliyə nə Rusiya, nə də Ermənistan maraqlı deyil. Türkiyə Azərbaycan arasında Laçında keçirilən hərbi təlimlər onu göstərir ki, Türkiyə Rusiya kimi boş boşuna bəyanatlar vermir, lazım olan anda, lazım olan addımları atmağa qadirdir. Nəticə etibarilə Azərbaycan Rusiyanın bu cür münasibətləri yəni dırnağarası sülhməramlılarının Qarabağda atdığı addımları həzm edə bilməz və hesab edirəm ki, növbəti dövrlərdə bununla bağlı Azərbaycan tərəfi ciddi addımlar atacaqdır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR