Musiqi məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı nazirlikdən

Artıq 2 ildir musiqi məktəblərinə müəllimlərin işə qəbulu aparılmır. Çox sayda insan uzun müddətdir vakansiyaların elan olunmağını səbirsizliklə gözləyir.

Bununla bağlı Mədəniyyət Nazirliyindən Metbuat.az-a verilən açıqlamada bildirilib ki, hazırda məsələ müzakirə olunur və qərar qəbul edildiyi təqdirdə məlumat veriləcək.

Qeyd edək ki, sonuncu dəfə musiqi məktəblərinə müəllim qəbulu 2019-cu ilin iyununda aparılıb və pandemiya şəraiti ilə əlaqədar olaraq son 2 ildir proses dayandırılıb.

Ümumtəhsil məktəbləri üzrə də müəllimlərin işə qəbulu (MİQ) dayandırılmışdı, lakin bu ildən MİQ imtahanları bəpa edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR