Bakıda kafedə gənc oğlan qətlə yetirilib -

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Cinayət işi başlanılıb, araşdırmalar aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR