11 yaşında narkotikə qurşanan qadından TÜKÜRPƏRDİCİ ETİRAF:

“Dünyada elə bir narkotik növü yoxdur ki, mən onu dadmayım. Bir dəfə rəfiqəm məni bir yaşlı kişi ilə tanış etdi. İlk dəfə o, əlimdən tutub damarıma düşdü, ondan sonra mən oturdum “mala”. Məni heç kim buna məcbur etməmişdi. Sadəcə “krutoy” olmaqdan ötəri bunu edirdim”.

Metbuat.az xəbər verir ki, bu sözləri bloqçu Nail Kəmərliyə 11 yaşında narkotikə qurşanan gənc xanım taleyini danışan zaman deyib. Qadın bildirir ki, o ailəsində qayğısız böyüsə də bu ona kifayət etməyib.

“Məni məktəbə dayələr aparıb gətirirdi. Ailənin tək övladı idim. Məni çox sıxırdılar, istəyirdim sərbəst həyat yaşayım. Anam məni rəfiqələrimilə gəzməyə qoymasa da mən buna tez-tez gizli cəhd edirdim. Nəhayət 17 yaşında evi tərk etdim. Çünki mən azadlığımı narkotikdə tapacağımı düşünürdüm”.

Narkotiki azadlıq kimi görən qadının tükürpərdici etiraflarının olduğu videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR