Polis azərbaycanlı müğənnini HƏDƏLƏDİ:

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony-nin (Cahid Hüseynli) Qazaxıstanın Çımkənd şəhərində planlaşdırdığı konserti təxirə düşüb.

Metbuat.az axşam.az-a istinadla xəbər verir ki, bu hadisə qalmaqala səbəb olub. Belə ki, konsert əvvəlcədən yox, tədbirin başlamasına bir neçə dəqiqə təxirə salınıb.

"Şokdayıq... Qanuna qarşı dilimiz qısadır. Amma... Şəhərin rəhbər şəxsləri konserti bir neçə gün əvvəl yox, həmin məqamda təxirə salıb. Onlar səhnəyə çıxıb mikrofonu götürüb konserti təxirə salma məqsədlərini açıqlamaqdan qorxdular. Bu insanlar pul xərcləyib, bilet alıblar. Qarşılığında isə polis məni hədələyir ki, əgər mikrofona yaxın dursan, səni şöbəyə aparacağıq. Ümid edirəm ki, mənim kimi cinayətkarsız şəhər rahat olacaq. Mənə dedilər ki, qərar gecə qəbul edilib və sabah da ləğv olunacaq. Maraqlı təsadüfdür" deyə, Jony bildirib.

Çımkənd merinin açıqlamasında isə bildirilib ki, konsertin ləğv edilməsinə səbəb sanitar qaydaların pozulması olub. Zal tamaşaçı ilə dolu olub, ara məsafə saxlanmayıb və insanlar maska taxmayıb.

Jony-nin növbəti konserti Nur-Sultan şəhərində olacaqdı. Sözügedən tədbir də eyni səbəbdən təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR