Xalq artisti Rasim Balayevin Şuşaya gedişində duyğulu anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, o, səhhətində problem olsa da, Şuşaya gedib və Cıdır düzündə torpağı öpüb:
“Arzu edirəm ki, bütün insanların, el-obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, - deyə Rasim Balayev qeyd edib.
Qeyd edək ki, Rasim Balayev sonuncu dəfə 1986-cı ildə Şuşada olub.