Türkiyənin Iğdır şəhərində İkinci Qarabağ müharibəsi şəhidləri

Türkiyənin Iğdır şəhərində Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Iğdır Azərbaycan Evi Dərnəyi və Qars Azərbaycan Konsulluğunun təşkilatçılığı ilə İkinci Qarabağ şəhidlərinin anım tədbiri keçirilib.

Metbuat.az
xəbər verir ki, şəhidlərin ruhuna bir dəqiqəlik sükutdan sonra Türkiyə-Azərbaycan dövlət himnləri səsləndirilib. Daha sonra Ehlibeyt Alimlər Dərnəyinin prezidenti Zeki Tümay şəhidlər üçün Qurani-Kərim və şəhidlər üçün dua oxuyub. Türk Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, Iğdır Azərbaycan Evi Dərnəyinin prezidenti Serdar Ünsal, çıxışında 27 Sentyabrda Azərbaycanda Anım Günü olduğunu qeyd edərək, Azərbaycanın bütövlüyünün bütün türklərin qəlbində yaşadığını bildirib.

"Bu gün Türk dünyası üçün həm qürurverici, həm də kədərli günüdür. Bu gün vətən torpağı uğrunda canını qurban verən 2907 qəhrəmanın şəhid olduğu gündür. Bu gün o gündür ki, 30 ildir işğal olunmuş torpaqlar erməni zülmündən azad edilib. Bu gün Qarabağın erməni əsirliyindən azad edildiyi gündür. Qəhrəman Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində türk gücünü, Turan ordusunun birliyini ermənilərə göstərdi. Prezident İlham Əliyevin qətiyyəti, Türk dövlətinin və millətinin gücü və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan ordusu Ermənistana lazımi dərs verərək qəhrəmanlıq dastanı yazdı. Türkiyə və Azərbaycanda şəhid olan qardaşlarımızın xatirəsini anaraq qazilərimizə can sağlığı arzu edirik" deyə Serdar Ünsal bildirib.

Azərbaycan Qars Baş Konsulluğunun İğdır nümayəndəsi Elnur Salayev də çıxışında erməni təcavüzününün dəhşətlərini vurğulayaraq, 44 günlük müharibədə torpaqlar uğrunda qazanılan mübarizədən danışıb. Qeyd edək ki, anım tədbirinə Iğdır valisi H. Engin Sarıibrahim, polis rəisi Dr. Oğuzhan Yonca, jandarma alayı komandir müavini Jandarma polkovniki Nadir Demirkan, AK Partiya İl Başkanı Ali Kamal Ayaz, CHP İl Başçısı Yrd. Artantaş, IYI Partiya Yöneticileri, Yenilikçi Partiya Mərkəzi İlçe Başçısı Ticarət Borsası Başçı Serhat Kumtepe və vətəndaşlar qatılıb.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR