Bakıdakı məşhur məktəbdə DAVA:

Bakıda “Landau School” özəl məktəbin həyətində dava düşüb.

Metbuat.az xəbər verir ki, görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görünür. Hadisə “Landau School”un Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında baş verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR