Səyyad Əlizadənin bu vəsiyyəti yerinə yetiriləcək

Ötən gün axşam saatlarında vəfat edən müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib.

Onun sözlərinə görə mərhum Füzulidə torpağa tapşırılacaq:

“Səyyad bəyin cənazəsi yaxın vaxtlarda təhvil veriləcək. Vəsiyyətinə əsasən Füzuli rayonunda ata və anasının qəbirləri yanında dəfn olunacaq”.

Xatırladaq ki, Səyyad Əlizadə bir ay əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Uzun müddət müalicə olunmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sənətçi ötən gün dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR