OPEC+ monitorinq komitəsinin iclasında nazirlər üzv ölkələrə neft hasilatının sutkada 400 min barel artırılması üzrə planı davam etdirməyi tövsiyə edib.

Metbuat.az xəbər verir ki, OPEC+ komitəsinin iclası qısa müddət davam edib.

Nazirlər artıq mövcud olan hasilatın 400 min barel/sutka artırılması planını nəzərdən keçirib.

Qeyd olunur ki, noyabr ayı üçün hasilatın artırılmasının eyni səviyyədə qalması məqsədəuyğun hesab edilib.