Pakistanda güclü zəlzələ baş verdi: Onlarla ölü yüzlərlə yaralı var -

Pakistanın cənub-qərbində rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələ nəticəsində azı 20 nəfər həyatını itirib. 200-dən çox yaralı var. Tələfatın artacağı istisna edilmir. Məlumata görə, yeraltı təkanların episentri Harnai şəhərində yerin 20 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində çox sayda tikili dağılıb.

Bildirilir ki, yeraltı təkanların baş verdiyi bölgədə mədənlər yerləşir və mədənlərdə dağıntılar qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR