"Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi 2022-ci ildə Turin şəhərində keçiriləcək.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, İtaliya Radio və Televiziya Korporasiyasının (RAI) rəhbərliyi yaxın vaxtlarda bu qərarı rəsmən elan edəcək.

Lakin Turinin namizədliyi artıq təsdiqlənib.