Serj Sarkisyanla bağlı araşdırma: 100 milyon dollar uduzub?

Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət haqqında məlumat alıb.

Metbuat.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu məsələni araşdırmaq üçün artıq İstintaq Xidmətinə göndərib.

Qeyd olunur ki, Baş Prokuroruluq bu barədə məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də, cavab almayıb.

Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Mülki müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sərkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib. / Bakupost.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR