Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı tənqidçi Andrey Plaxov feysbukda yazıb.
Sənətkar 88 yaşında Moskvada vəfat edib.
O, 1960-cı ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb.
Qeyd edək ki, Rudenko iki dəfə ailəli olub. Onun birinci həyat yoldaşı Ukrayna SSR mədəniyyət nazirinin müavini Vladimir Yefremenko, ikinci həyat yoldaşı isə Azərbaycan SSR Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Opera müğənnisinin birinci nikahından Yekaterina adlı qızı, ikinci nikahından isə Teymur adlı oğlu var.
