Türkiyə və Azərbaycan arasında MÜHÜM RAZILAŞMA:

”Türkiyə və Azərbaycan təbii qaz ilə bağlı yeni razılaşma əldə edib”.

Metbuat.az “Trthaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerki və Təbii Sərvətlər naziri Fatih Dönməz açıqlama verib. O bildirib ki, yeni razılaşmaya görə, Türkiyə Azərbaycandan Bakı-Tbilisi-Ərzurum borusu vasitəsilə 11 milyard kubmetr əlavə təbii qaz alacaq.

Nazirin sözlərinə görə, razılaşma 2024-cü ilin sonuna qədər nəzərdə tutulub. Bunun Türkiyənin qaz təchizatının yaxşılaşdırılmasında önəmli addım olduğunu ifadə edən nazir, dünyada yaşanan enerji çətinliklərinin Türkiyəyə ciddi təsir etməyəcəyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR