UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

Metbuat.az-ın məlumatına görə, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb.

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi" başlıqlı paylaşımda qeyd olunub ki, Ağdam təmsilçisi bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR