Bakıda translar polis bölməsinə hücum etdi -

Bakının Nəsimi rayonunda iki şəxs polis bölməsinə hücum edib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, iki nəfər Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinə hücum edib. Onlar Əli və Zaur adlı trans olublar.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub.Digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır” deyə Elşad Hacıyev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR