“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub -

Uşaqların sevimli animasiya filmi “Maşa və Ayı” cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.

Metbuat.az xəbər verir ki, cizgi filminin bu buraxılışı Azərbaycanın “Məlikməmməd” nağılı əsasında hazırlanıb.

Cizgi filmində uşaqlara düzgünlük və dürüstlük aşılanır. Filmdə Azərbaycanın adət və ənənələrindən bəhs edilir. Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində olan milli mətbəximizin şəkərbura, paxlava və qoğal kimi inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.

Eyni zamanda, cizgi filmində azərbaycanlıların armudu stəkanda çay içməyi xoşlamaları xüsusi vurğulanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR