Putinin bəyanatının ŞİFRƏLƏRİ:

Bildiyimiz kimi, Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın Baş nazirinin görüşü gözlənilir. Müharibənin bitməsinin bir illiyinə təsadüf edən bu görüşə tərəflər, bir neçə aydır ki, hazırlarşır və qarşılıqlı isti mesajlar verməklə, yeni görüşə şərait yaradılıb.

Mövzuyla bağlı Metbuat.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan təkbətək görüşə hazırlaşırdılar amma, Moskvanın proseslərə müdaxiləsi, belə bir görüşün Moskvada keçirilməsini labüd etdi. Politoloq onu da qeyd etdi ki, Rusiya prezidenti V.Putinin "Valday" diskussiya klubunda çıxışında mesajlar Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçilyi ilə keçirilən bu görüş Azərbaycanın maraqlarına cavab verir.


"Rusiyada keçirilən bu görüşdə əsasən, bir neçə məsələdə razılaşmalar əldə edilə bilər. Bundan əlavə, Rusiyada burada öz maraqlarının təmini istiqamətdə təkliflərini razılaşmalara sala bilər. Birinci, Azərbaycanla Ermənistan arasında ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar başlaycaq. Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovet xəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər. İkincisi, Nəqliyyat və kommunikasiyaların açılması, xüsusilə "Zəngəzur" dəhlizinin açılması razılaşdırılacaq. Ermənistan tərəfi nə qədər "dəhliz" sözünü işlətməsə də açılacaq yolda Rusiya FTX nəzarət edəcək. Bu da dəhliz deməkdir. Üçüncü danışıqlarda tam razılaşdırılsa, Bakıda saxlanılan diversanatlar geri veriləcək və mina xəritələri Bakıya təqdim ediləcək.Dördüncü məsələ isə odur ki, Qarabağda silahlı erməni birləşmələrinin ləğvini Azərbaycan Moskva qarşısında qaldıracaq. Bu proses uzun olmasına baxmayaraq sonda silahlı birləşmələr ləğv ediləcək".

Politoloq onu da qeyd etdi ki, Ermənistanla sülh müqaviləsinə gəldikdə isə, bu istiqamətdə əldə olunan razılaşmalardan asılı olacaq.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR