Ərdoğanın təlimatı Avropanı SİLKƏLƏYİB: Qərbdən XAİN PLAN -

“Prezident Rəcəb Tayyib Ərdoğanın 10 Avropa ölkəsinin və ABŞ səfirinin Türkiyədən çıxarılması təlimatı Ankara və qərb dövlətləri arasında böyük böhrana yol açacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə The Guardian qəzetində yayımlanan məqalədə deyilir. Müəllif hesab edir ki, Ərdoğanın qərarı qərb ölkələri ilə Türkiyə arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirəcək. Məqaləyə görə, Ərdoğanın 20 illik hakimiyyəti dövründə bu Türkiyə və qərb dövlətləri arasında yaşanan ən ciddi siyasi gərginlikdir. Bildirilir ki, 10 ölkə səfirinin Türkiyədən qovulacağı təqdirdə tərəflər arasında əlaqələr ən aşağı səviyyəyə düşəcək. Bu isə Türkiyə iqtisadiyyatı üçün daha ciddi böhran yarada bilər.

Qeyd edək ki, Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə insan haqları müdafiəçisi Osman Kavalanı azad etməyə çağıran 10 ölkənin, o cümlədən ABŞ-ın səfirlərini persona non-qrata elan etməyi tapşırıb.

Söhbət Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavaladan gedir.Həmin səfirlər bunlardır: ABŞ, Fransa, Almaniya, Kanada, Finlandiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç səfirləri.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR