Füzuli hava limanının əhəmiyyəti nədən ibarət olacaq? -

"Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcəkdir.


"Bildiyiniz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanında cəmi 9 ay ərzində qurulub sınaq uçuşları həyata keçirildi. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşır. Füzuli Beynəlxalq Hava Limanı ermənilər tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanın əhəmiyyətini daha da artacaq".

Vüqar Bayramov deyir ki, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu da hazırdır və bu da o deməkdir, xarici və yerli deleqasiyalar hava limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir.

"Qeyd edim ki, bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq hava limanı prosesə xüsusi töhvə vermiş olacaq. Bu əlavə 5 mlyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR