Rusiyada kimyəvi zavodda DƏHŞƏTLİ PARTLAYIŞ:

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərindəki kimyəvi zavodda partlayış olub.

Metbuat.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb .

Agentliyin həmsöhbətinin sözlərinə görə, partlayışa səbəb amonyak maddəsi olub. Nəticədə üç nəfər yaralanıb. Mənbə bildirib ki, qəzadan sonra şəhərdə havada olan zərərli maddələrin səviyyəsi ölçülür. Daha bir məlumata görə, təzyiq klapanından sızmaya əhəmiyyətsiz yanaşıldığı üçün qəza şəraiti yaranıb.

Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsi hadisə ilə bağlı məlumatı təsdiqləyib . Nazirliyin məlumatına görə, Rospotrebnadzor və təcili tibbi yardım əməkdaşları hadisə yerinə gediblər. Hazırda zavod rəsmiləri hadisə ilə bağlı şərh hazırlayırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR