Qeyri- neft ixracı artıb

2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın oktyabr sayında dərc olunub.

Qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb.

2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.

Bundan başqa, cari ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilk üçlük belədir:

  1. qızıl (158,2 milyon ABŞ dolları)
  2. pambıq mahlıcı (149,5 milyon ABŞ dolları)
  3. pomidor (tomat) (128,2 milyon ABŞ dolları)

Digər yerləri tutan məhsullar müvafiq olaraq: ilkin formalı polipropilen (86,9 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) (71,9 milyon ABŞ dolları), meşə fındığı (55,9 milyon ABŞ dolları), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (51,4 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən çox) (50,4 milyon ABŞ dolları), karbamid (49,9 milyon ABŞ dolları), metanol (metil spirti) (48,6 milyon ABŞ dolları) tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR