Saakaşvili intihar etmək istəyirsə, bu, onun qanuni hüququdur -

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin eks-prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasını şərh edərkən, insanın intihar etmək hüququnun olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Qaribaşvili deyib ki, qanunda deyilir ki, insanın intihar etmək hüququ var. Əgər insan özünü öldürmək qərarına gəlsə, o, özünü öldürə bilər, lakin təbii ki, dövlət buna görə məsuliyyət daşımayacaq. O, həmçinin bir daha vurğulayıb ki, eks-prezidentin vaxtından əvvəl azadlığa buraxılması və Ukraynaya transferindən söhbət gedə bilməz. O, yekunlaşdırıb ki, bu hakimiyyətin ölkə qanunlarına hörmət etməməsi demək olardı.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də, səkkiz illik mühacirətdən sonra Ukraynadan Gürcüstana qayıtdıqdan dərhal sonra saxlanılıb. Saakaşvili bir aya yaxındır ki, həbsxanada aclıq aksiyası keçirir və bundan əvvəl tibbi yardımdan imtina edib.

Gülbəniz Hüseynli / METBUAT. AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR