Məşhur müğənni təyyarə qəzasında

Braziliyanın 26 yaşlı məşhur müğənnisi Marilia Mendonça təyyarə qəzasında vəfat edib.

Metbuat.az xəbər verir ki, müğənnin işinə görə səyahət etdiyi təyyarə qəzaya uğrayıb. Qəzada Mendonçadan başqa prodüseri Henrique Ribeiro, Mendonçanın əmisi və məsləhətçisi Abicieli Silveira Dias Filho, təyyarənin pilotu və ikinci pilotu da həlak olub.

Müğənninin vəfatı ilə bağlı Braziliya prezidenti Bolsonaro da baş sağlığı verib: “Bütün ölkə ən böyük sənətçilərindən biri, hər kəsin sevgisini və heyranlığını qazanan gənc müğənni Marilia Mendonçanın ölüm xəbəri ilə şokdadır. Marilla musiqiləri ilə həmişə həyatımızda olub. Bizə yaxın olan birini itirmiş kimi hiss edirik".

Brezilyalı ünlü şarkıcı Mendonça uçak kazasında hayatını kaybetti - En Son  Haberler

Ünlü şarkıcı uçak kazasında hayatını kaybetti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR