Canlı yayımda "Makron istefa" deyərək qışqıran şəxsə görün nə etdilər -

Fransada yerli televiziyanın açıq havada canlı yayımı zamanı “Makron istefa” deyə qışqıran şəxsə qarşı inanılmaz addım atılıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə həmin şəxs ruhi xəstəxanaya yerləşdirilib. İddialara görə, adı açıqlanmayan şəxs Makron İqtisadiyyat naziri işləyən dövrdə şirkət sahibi olub. Şirkət zərər etdiyinə görə, o Makrona qarşı qəzəbli olub və etirazı da bu məqsədlə edib.

Lakin bu iddiaların nə qədər real olduğu məlum deyil. Müxalifət həmin şəxsin həbsinə etiraz edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR