İlon Mask "Tesla" nın 1,1 milyard dollarlıq

Tesla-nın baş direktoru İlon Mask həftə sonu "Twitter"də keçirdiyi sorğuda səhmlərinin 10 faizini satacağını elan etdikdən sonra şirkətinin təxminən 1,1 milyard dollarlıq səhmini satıb.

Metbuat.az xəbər verir ki, amma çərşənbə günü təqdim edilən sənədlərə görə, satış sentyabrın 14-də başlayıb, bu da o deməkdir ki, buna sorğunun nəticələri səbəb olmayıb.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının maliyyə tənzimləyicisinin təqdimatlarına əsasən, dünyanın ən zəngin adamı olan Mask bazar ertəsi günü təxminən 930.000 səhm satıb. Qeyd edək ki, Musk "Twitter"də 62 milyondan çox izləyicisindən Tesla səhmlərinin 10 faizini satıb-satmamaq barədə soruşmuşdu. Nəticədə əksəriyyət səhmlərin satılmasını istəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR