Ronaldo onu qucaqlamaq üçün meydançaya girən qıza hədiyyə verdi -

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində IX turunun İrlandiya və Portuqaliya milli komandaları arasında keçirilən oyundan sonra maraqlı hadisə olub.

Metbuat.az xəbər verir ki, oyun bitdikdən sonra azyaşlı bir qız Kriştianu Ronaldonu qucaqlamaq üçün meydançaya girib. Ronaldo balaca azarkeşini qucaqlayıb. Sonra futbolçu oyun köynəyini çıxararaq ona hədiyyə edib.

Görüntülər futbol azarkeşlərinin və sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR