Çinin Sincan-Uyğur Muxtar Rayonundakı hərbi bazası yaxınlığında F-35 təyyarələrinin maketləri aşkar edilib.

Metbuat.az xəbər verir ki, görüntülər peyk vasitəsilə lentə alınıb. İddialara görə, Çin ordusu təlimlər zamanı hədəf olaraq ABŞ-ın hərbi vasitələrinin maketlərini məhv edir. Məlumata görə, maketlər raketlərlə vurulub.

Qeyd edək ki, bundan əvvəl Çin bazası yaxınlığında ABŞ-ın təyyarədaşıyan gəmisinin maketi aşkar edilmişdi. Bu Çinin müharibəyə hazırlaşdığı barədə iddiaların gündəmə gəlməsinə səbəb olub.