Türkiyənin Hatay vilayətində Məhməd adlı şəxs həyətində ağac əkərkən inanılmaz kəşfə imza atıb.

Metbuat.az xəbər verir ki, o ağac əkmək üçün torpağı qazarkən qalıqlar aşkar edib. Qalıqların quruluşundan şübhələnən sakin müvafiq qurumlara xəbər verib. Ərazidə aparılan axtarışlar zamanı 6-cı əsrə aid Həvarilərə məxsus kilsə tapılıb.

Həyətində ağac əkmək üçün torpağı qazdı: Gördüklərinə inanmadı -

Bir müddət aparılan axtarışlardan sonra ərazidəki tarixi qalıqların hamısı üzə çıxarılıb. Bu tapıntı yerli sakinlər arasında böyük maraq yaradıb. Məlumata görə, tarixi ərazinin açıq muzey olması təklif olunur.