"Peyvənd ol, istədiyin qadın yarımsaatlıq sənin olsun" -

Avstriyanın paytaxtı Vyanada “Funpalast” adlı fahişəxana inanılmaz aksiyaya start verib.

Metbuat.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Funpalast”, peyvənd olmayan kişilərə koronavirusa qarşı peyvənd olmağı qəbul etmək qarşılığında yarımsaatlıq pulsuz seks xidməti təklif edir. Bunun üçün peyvənd olmayan kişilər, mərkəzdəki klinikdə peyvənd olmağı qəbul etsələr, onlar saunaya pulsuz buraxılır. Üstəlik onlar yarımsaat ərzində seçdikləri qadınla birgə ola bilərlər.

Məlumata görə, aksiyadan sonra fahişəxanaya axın başlayıb. Uzun növbələr var. Aksiya təqribən 1 həftə əvvəl başlayıb. Məlumata görə, Avstriyada indiyə qədər əhalinin 65 faizi peyvənd olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR