Soçidə Putin və Mahmud Abbas arasında görüş olub

Soçidə Rusiya prezidenti Vladimir Putin və fələstinli həmkarı Mahmud Abbas arasında görüş olub.

Metbuat.az xəbər verir ki, tərəflər regiondakı məsələləri müzakirə ediblər. Putin bildirib ki, Fələstin problemi bölgədəki bütün tərəflərin maraqları təmin edilərək həllini tapmalıdır. Onun sözlərinə görə, Rusiyanın əvvəlki mövqeyində dəyişiklik yoxdur. “Problemin həlli BMT qətnamələrinə uyğun həll edilməlidir. İki suveren dövlətli həll yolu olmalıdır” - deyə Putin bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR