Saakaşvilinin işinə xarici hakimlərin baxması təklif edilir

Gürcüstanda müxalifət partiyalarının liderləri keçmiş prezidenti Mixail Saakaşvilinin işi ilə xarici hakimlərin məşğul olmasını istəyirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentində müxalifəti təmsil edən deputatları bildiriblər.

Deputat Giorgi Vaşadze təklif edib ki, Strasburqda təcrübəsi olan hakimlər işə baxa bilər.

Deputatın sözlərinə görə, Gürcüstanın məhkəmə sisteminin istənilən qərarı etimadsızlıq səbəbindən spekulyasiya predmetinə çevriləcək.

Noyabrın əvvəlində “Xalq Naminə” partiyasının lideri Anna Dolidze Saakaşvilinin işi üzrə hökmü xarici hakimlər çıxarmalı olduğunu deyib. Onun sözlərinə görə, xarici hakimlərdən ibarət mütəxəssislər qrupu yaradılmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR