Türk kəşfiyyatı PKK təşkilatının liderlərindən birini məhv etdi

Türkiyə kəşfiyyatının İraqın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, əməliyyatlar Gara və Kandil bölgələrində həyata keçirilib. Məlumata görə, məhv edilən terrorçular arasında PKK/ KCK təşkilatının “xarici əlaqələr” üzər məsul şəxsi “Botan” ləqəbli Nihad Görən də var.

Məlumata görə, bundan əvvəl Türkiyə ordusunun hərbi əməliyyatları nəticəsində “Botan” ləqəbli terrorçu yaralanıb. O, Garada müalicə olunub. Lakin kəşfiyyat terrorçunun izinə düşərək, onu məhv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR