“Qarabağ” rekordunu yenilədi

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” ilə matçdan (2:2) sonra avrokuboklarda yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi bir mövsümdə qrupda vurulan qol sayını 10-a yüksəldib. Bu, Azərbaycan futbolu tarixində ən yüksək göstəricidir.

İndiyədək olan rekord da “Qarabağ”a məxsus idi. Qurban Qurbanovun yetirmələri 2019/20 mövsümündə 8 qola imza atmışdı. Ötən tur bu rekordu təkrarlayan ağdamlılar bu dəfə göstəricini daha da yaxşılaşdırıb.

Qeyd edək ki, Azərbaycan klubları 11-ci dəfə qrupda oynayır. “Qarabağ” 8, “Qəbələ” 2, “Neftçi” 1 dəfə buna nail olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR