Çində işə qəbul üçün imtahan keçirildi: 1,4 milyon nəfər qatıldı

Çində dövlət idarələrinə məmur qəbulu ilə bağlı elan edilən imtahanlara 1 milyon 420 min nəfər qatılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin rəsmi dairələri məlumat yayıb. Bildirilib ki, imtahanlar müxtəlif şəhərdə eyni vaxtda həyata keçirilib. Məlumata görə, hazırda dövlət idarələrində 31 min 200 nəfərə ehtiyac var.

Qeyd edək ki, imtahanda iştirak edənlərin sayına görə, bu son illərin ən yüksək göstəricisidir. “İmperator İmtahanı” adlandırılan bu müsabiqənin tarixi 6-cı əsrə dayanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR