“Bu gün yaşanan helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb:

“Qəhrəman Azərbaycan Silahlı Qüvvələri və Can Azərbaycan hökumətinin və xalqının başı sağ olsun”, - o əlavə edib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.