Gürcüstanda COVID pasportlarına qarşı etiraz aksiyası keçirildi

Gürcüstanda minlərlə vətəndaş paytaxt Tbilisinin mərkəzi prospektləri ilə yürüş edərək COVID pasportları sisteminin tətbiqinə etiraz ediblər.

Metbuat.az xəbər verir ki, etirazçılar yeni sistemin tətbiqini “diskriminasiya və peyvəndə məcbur etmə” hesab etdiklərini bildiriblər. Onlar hakimiyyətin koronavirus pasportlarını ləğv etməsinədək etirazları davam etdirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Gürcüstanda “yaşıl pasportlar” dekabrın 1-dən fəaliyyətə başlayıb. İndi ictimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla daxil olmaq mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR