Bakıda mağaza yanıb

Bakıda ərzaq mağazasında yanğın olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m², birinci mərtəbəsi ərzaq mağazası kimi fəaliyyət göstərir) ikimərtəbəli evin birinci mərtəbəsində anbara yığılan qarışıq mallar 15 m² sahədə yanıb.

Yüksək temperaturdan anbarın tavanı 15 m² sahədə qarsalanıb. Mağazanın qalan hissəsi, ev və yaxınlığında dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR