Onlayn toplantı zamanı ŞOK YAŞATDI: 900 işçini toplantıya çağırıb pis xəbəri açıqladı -

ABŞ-da və Hindistanda internet vasitəsilə kredit verən beynəlxalq şirkətin rəhbəri gözlənilməz addım atıb.

Metbuat.az xəbər verir ki, şirkətin sahibi Vişal Qarq 3 dəqiqə davam edən onlayn toplantı zamanı 900 işçini işdən qovub. Bu da təqribən şirkətdə işləyən şəxslərin 15 faizi deməkdir. Şirkət sahibi işçilərin fəaliyyətindən narazılığını ifadə edib. O qərarını toplantı zamanı belə açıqlayıb:

“Burdasınızsa şanslı deyilsiniz. Sizə xəbərlərim yaxşı deyil. İş yerindizdəki fəaliyyətinizə bu andan etibarən son verilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR