ABŞ "Pearl Harbor" hücumunun qurbanlarını

ABŞ Yaponiyanın Havay adalarının Pearl Harbor dəniz bazasına hücumunun 80-ci ildönümünü qeyd edib.

Metbuat.az xəbər verir ki, mərasimi çərçivəsində ABŞ prezidenti Co Bayden Vaşinqtonda İkinci Dünya Müharibəsi Milli Memorialını ziyarət edib. O, həyat yoldaşı Cillə birlikdə qurbanların xatirəsinə, eləcə də müharibə zamanı ABŞ Hərbi Dəniz Qüvvələrində siqnal zabiti kimi xidmət etmiş birinci xanımın atası Donald Ceykobsun şərəfinə sütunlar önünə əklil qoyub.

Qeyd edək ki, 1941-ci il dekabrın 7-də səhər saatlarında Havay adasındakı Oahu adasında həyata keçirilən hücumda 2403 nəfər həlak olub. Hücum milləti şoka saldı və ABŞ-ı İkinci Dünya Müharibəsinə girməyə sövq etdi. Həmin vaxt ABŞ prezidenti Franklin Ruzvelt əvvəlki günü “utanc simvolu kimi tarixə əbədi olaraq yazılan tarix” kimi qiymətləndirmişdi.

2021-ci ilin iyulunda Yaponiya müdafiə nazirinin müavini Yasuhide Nakayama ABŞ-a ölkəsinin Pearl Harbora hərbi hücumunu xatırlatdı. Yüksək rütbəli yapon hərbçisinin sözlərinə görə, bu yolla o, ABŞ-ın diqqətini Rusiyanın Sakit Okean Donanmasının gəmilərinin Havay adalarında keçirdiyi təlimlərə cəlb etmək istəyib.\

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR