"Qarabağın işğaldan azad edilməsi bizi elə bir reallıqla üz-üzə qoydu ki... -

"İşğaldan azad edilmiş ərazilərin bərpası qarşımızda duran əsas hədəflərdən biridir”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

"Qarabağın işğaldan azad edilməsi bizi elə bir reallıqla üz-üzə qoydu ki, bundan dəhşətə gəldik. XXI əsrdə şəhərlərin, kəndlərin bu dərəcədə məhv edilməsi bəlkə də dünya tarixində olmayıb. Vaxtilə Azərbaycanın gözəl guşələrindən olan Ağdam şəhəri yer üzündən silinib.

"Hiroşima ilə müqayisə olunacaq, bəlkə də ondan da dəhşətlidir Ağdam. Sanki ermənilər işğal olunan Azərbaycan ərazilərində nüvə silahından istifadə ediblər. Ermənilər Qarabağ ərazisində məscidlərdə donuz saxlayırdılar. Belə bir şey dünya tarixində görünməyib. Ermənistanın törətdiyi vandalizm, vəhşilik fonunda Azərbaycan və Türkiyəyə qarşı iddialar irəli sürməsi qəbuledilməzdir. Bu qədər vəhşilik törədən Ermənistanın ədalətdən danışmağa mənəvi haqqı yoxdur".

H. Hacıyev azad edilmiş ərazilərdə Ermənistan tərəfindən urbisid törədildiyini əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR