Bu ölkədə tanker partladı:

Haitinin şimalında yerləşən Kap-Aityen şəhərində yanacaqdaşıyan avtomobil partlayıb.

Metbuat.az xəbər verir ki, tankerin partlaması nəticəsində 60 nəfər ölüb.

Bildirilir ki, partlayış yerinə yaxın 20-dən çox binaya ziyan dəyib.

Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayışın baş verdiyi ehtimal olunur.

Haiti hakimiyyəti üç günlük milli matəm elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR